Ozan Can Kökçü üçün 17 dəqiqə və 3 xal

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Niderland Birinci Divizionunun 17-ci turu çərçivəsində baş tutan “Qraafşap”la görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Eyndhoven” meydanı 2:1 hesablı qələbə ilə tərk edib.

Ozan Can Kökçü bu görüşün 73-cü dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 4 qol vurmuş millimizin futbolçusu bu dəfə fərqlənə bilməyib.

“Eyndhoven” 17 oyuna topladığı 32 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Ozan “Eyndhoven”ə bu yay “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib.