Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Ozan Tufan karyerasını İngiltərədə davam etdirəcək. Arena.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi “Uotford”a keçib.
Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. Ozan Tufan 2021/22 mövsümünü icarə əsasında “Uotford”da keçirəcək. “Uotford” müqaviləyə satınalma şərtini də daxil edib.
Ozan Tufan 2015-ci ildən “Fənərbaxça”da çıxış edirdi. “Bursaspor”un yetirməsi olan vinger həmin vaxt 7 milyon avro qarşılığında İstanbul təmsilçisinə teansfer olunmuşdu. Yarımmüdafiəçi 2019-cu ildə “Alanyaspor”da icarədə də oynayıb.
Türkiyə yığmasında 63 oyuna çıxan futbolçu, 9 qola imza atıb. O, “Fənərbaxça”nın heyətində meydana çıxdığı 174 matçda 21 qol vurub.