Futbol üzrə Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatının (DÇ-2026) final mərhələsində iştirak etmək hüququ qazanıb.
Arena.az xəbər verir ki, özbəklər DÇ-2026-nın final mərhələsinin 9-cu turunda səfərdə Birləşmiş Ərəb Əmirlikləri millisi ilə qarşılaşıblar.
Bu matçda hesab açılmayıb – 0:0. Bununla da sona bir tur qalmış Özbəkistan millisi DÇ-2026-ya vəsiqəni təmin edib. Özbəklərin yarışdığı A qrupunda daha əvvəl İran millisi (hazırda 9 oyundan 21 xalı var) mundiala vəsiqə qazanmışdı. İkinci vəsiqənin sahibi isə özbəklər olublar (9 oyundan 18 xal). Bugünkü heç-heçə onların BƏƏ üzərində dörd xallıq üstünlüyünü qorumağa imkan verib.
Xatırladaq ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun – 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək. Hazırda qarşıdakı dünya çempionatının final mərhələsində iştirakı dəqiqləşmiş cəmi 8 komanda var:
Kanada (ev sahibi)
Meksika (ev sahibi)
ABŞ (ev sahibi)
İran
Yaponiya
Özbəkistan
Argentina
Yeni Zelandiya


