Papunaşvili, Şahverdiyev və Yunanov bu gün oynamayacaqlar

“Kəpəz”in 3 futbolçusu Amil Yunanov, Georgi Papunaşvili və Ehtiram Şahverdiyev “Sabah”a qarşı keçirəcəkləri oyunda iştirak etməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində “Sabah”ı qəbul edəcək. Məlum səbəblərdən Tovuzda keçiriləcək bu oyuna “meydan sahibləri” 3 itki ilə çıxacaqlar.

Ötən tur “Səbail”ə qarşı matçda zədələnərək əvəzlənən Amil Yunanov ilə Georgi Papunaşvilinin müalicəsi davam edir. Ehtiram Şahverdiyev isə xəstəlikdən sonra bərpa dövrü keçir.

Xatırladaq ki, Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Sabah” oyununa saat 16:30-da start veriləcək.