Para-cüdo üzrə qran-pri Bakıda keçiriləcək

2023-cü ilin sentyabr ayının 25-26-da Azərbaycanın paytaxtı Bakıda para-cüdo üzrə qran-pri turniri təşkil olunacaq. Arena.az xəbər verir ki, artıq bu yarışın yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb.

Təşkilat Komitəsinə sədrliyi Milli Paralimpiya Komitəsinin prezidenti, Beynəlxalq Görmə Məhdudiyyətli şəxslərin İdman Asossiyasiyasının (IBSA) vitse-prezidenti İlqar Rəhimov edəcək.

Milli Paralimpiya Komitəsinin (MPK) prezidentin köməkçisi, idman şöbəsinin müdiri Kamal Məmmədov Təşkilat Komitəsinin sədr müavini təyin edilib.

Adları aşağıda qeyd olunmuş şəxslər də Təşkilat Komitəsinə üzv kimi təyin ediliblər:

Elmar Babanlı – Beynəlxalq Görmə Məhdudiyyətli şəxslərin İdman Asossiyasiyasının cüdo idman komitəsinin Avropa üzrə koordinatoru

Kamran Talıbov – Azərbaycan Cüdo Federasiyasının idman direktoru, cüdonun təşkili və inkişafı şöbəsinin müdiri

Ağayar Axundzadə – Azərbaycan Cüdo Federasiyasının yarışların təşkili meneceri

Afaq Sultanova – Milli Paralimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, paralimpiya çempionu

Rüfət Hacılı – Milli Paralimpiya Komitəsinin beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri

Afər Məhərrəmov – Milli Paralimpiya Komitəsinin maliyyə və təsərrüfat şöbəsinin müdiri

Azər Tapdıqov – Milli Paralimpiya Komitəsinin mətbuat katibi

Saday Abdullayev – Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin tibb üzrə aparıcı mütəxəssisi

Xatırladaq ki, para-cüdo üzrə qran-pri paytaxt Bakıda sayca üçüncü dəfə keçiriləcək.