Fransanın paytaxtı Paris şəhərində keçirilən Yay Olimpiya Oyunlarında (Paris-2024) bu gün cüdo yarışlarına start verilib.
Arena.az xəbər verir ki, Azərbaycan cüdoçularından daha biri – Balabəy Ağayev (60 kq) də bu gün mübarizəyə qoşulub.
İlk mərhələdən azad olan Balabəy Ağayev Olimpiadaya 1/8 finaldan başlayıb. O, Simon Zuluya (Zambiya) qalib gələn Von Jin Kimlə (Cənubi Koreya) güləşib. Rəqib mərhələni adladığından Ağayev yarışı erkən bitirib.
Xatırladaq ki, 48 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Leyla Əliyeva da 1/16 final mərhələsində Xalimajon Kurbanovaya (Özbəkistan) məğlub olaraq turnirlə erkən vidalaşmışdı.
Cüdo yığmamız Olimpiadada bütövlükdə 9 idmançı ilə təmsil olunur.
Bütövlükdə isə Azərbaycan millisi Fransaya 48 idmançı ilə yollanıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.