Paris şəhər meriyası Fransa nəhəngi PSJ-nin yeni stadionu üçün torpaq sahəsinin ayrılmasına etiraz etmək niyyətindədir.
Arena.az bu barədə “Le Parisien” dərgisinə istinadən məlumat verir.
Şəhər hakimiyyəti İl-de-Frans bölgəsində PSJ futbol klubu üçün yeni stadionun inşası məqsədilə yer ayırmasına etiraz etmək üçün inzibati məhkəmədə iddia qaldırmağı planlaşdırır.
Cümə axşamı Paris Şəhər Şurası klub üçün yeni stadionun inşasının xeyrinə torpaq sahəsinin ehtiyata salınmasının ləğvi ilə bağlı inzibati məhkəməyə müraciət etməyə imkan verən təklifə baxacaq.
Paris meriyasının müvafiq addımı, PSJ-nin “Park de Prens”ii tərk etmək və Parisdən kənarda 60000 tamaşaçı tutumuna malik yeni arena inşa etmək niyyətinə qarşılığıdır. Montinyi-le-Bretonnyö və Olne-su-Bua bələdiyyələri də daxil olmaqla, bir sıra şəhərətrafı bələdiyyələr PSJ-nin yeni stadionunu qəbul etməyə hazır olduqlarını artıq bildiriblər.
PSJ ilə Paris meriyası arasında münaqişə “Park de Prens” stadionunun kluba satılması ilə bağlı razılığa gələ bilməməsi səbəbindən yaranıb. 2043-cü ilin sonuna qədər meriya ilə icarə müqaviləsi bağlamış PSJ stadionun alınmasını, arenanın cari tutumunun 47 mindən tamaşaçıdan 60 min tamaşaçıya qədər artırılması layihəsinin həyata keçirilməsi üçün zəruri hesab edir. Lakin şəhər meriyası klub rəhbərliyinin bu istəyini qəbul etmir.