“Parma” “Cenoa”ya da məğlub oldu

Futbol üzrə İtaliya A Seriyasında 28-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Cenoa” səfərdə “Parma” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

Bu tur keçirilməli olan “İnter” – “Sassuolo” matçı meydan sahiblərinin heyətində koronavirusa yoluxma hallarının artması səbəbiylə təxirə salınıb.

İtaliya A Seriyası
28-ci tur

19 mart

Parma – Cenoa 1:2
Qol: Pelle, 16 – Skamakka, 50; 69.c

20 mart

18:00. Krotone – Bolonya
21:00. Spetsiya – Kalyari

21 mart

15:30. Verona – Atalanta
18:00. Yuventus – Benevento
18:00. Sampdoriya – Torino
18:00. Udineze – Latsio
21:00. Fiorentina – Milan
23:45. Roma – Napoli