Patrik Andrade: “Qələbəyə qolla töhfə verdiyim üçün sevinirəm”

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra Ağdam klubunun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Matça yaxşı köklənmişdik. Çətin oyun olacağını bilirdik. Həftə ərzində özümüzü motivasiya etmişdik. Qələbə qazandığımız üçün çox sevinirəm. Aktivimizə növbəti 3 xalı yazdırdıq. Yaxşı oynadığımızı düşünürəm. Vurduğum qol komandamızın rahatlaşması və inamlı qələbə üçün müsbət oldu. Qələbəyə qolla töhfə verdiyim üçün sevinirəm. “Zirə” ilə oyun keçmişdə qaldı, indi “Sabah”la matçı düşünürük”.