Patrik Vieyra “Cenoa” ilə yeni müqaviləyə imza atdı

Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Cenoa”da fransalı mütəxəssis Patrik Vieyra ilə yeni müqavilə yeni müqavilə imzalanıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya klubu baş məşqçisi ilə sözləşmənin müddətini 2027-ci ilin yayına qədər uzadıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2026-cı ilin 30 iyununa qədər idi.

Xatırladaq ki, Patrik Vieyra “Cenoa”ya 2024-cü ilin noyabr ayında baş məşqçi təyin olunub. Komanda A Seriyasında başa çatmış mövsümü 43 xalla 13-cü yerdə başa vurub.

Vieyra “Cenoa”nı indiyə qədər bütövlükdə 26 oyuna çıxarıb. Komanda bu oyunlarda 8 qələbə, 9 heç-heçə və 9 məğlubiyyət görüb.

Patrik Vieyra futbolçu ikən “Kann”, “Milan”, “Arsenal”, “Yuventus”, “İnter” və “Mançester Siti”də çıxış edib. Vieyra Fransa yığması ilə DÇ-98-in, AÇ-2000-nin və həmçinin 2001-ci il FIFA Konfederasiyalar Kubokunun qalibi olub.

2011-ci ildə futbolçu karyerasına xitam vermiş Vieyra məşqçilik fəaliyyətinə baş vurub. Vieyra 2013-2015-ci illərdə “Mançester Siti”nin ehtiyat və akademiyaçılarından ibarət komandanı çalışdırıb. Daha sonra fransalı mütəxəssis “Nyu-York Siti”, “Nitsa”, “Kristal Pelas” və “Strasburq”la işləyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: