Patris Evra MY-nin cari vəziyyətində özünü təqsirkar bilir

“Mançester Yunayted”in keçmiş sol cinah müdafiəçisi Patris Evra “qırmızı şeytanlar”ın köhnə və yeni nəsil futbolçularını müqayisə edib.

Arena.az BBC-yə istinadən məlumat verir ki, fransalı keçmiş futbolçu öz nəslinin oyunçuları ilə “Mançester Yunayted”in hazırkı oyunçuları arasındakı fərqi açıqlayıb:

“Mançester Yunaytedin cari vəziyyəti haqqında danışmaq həmişə çətindir. Çünki biz, azarkeşlər, rəmzlər və tarix üçün oynayırdıq. Bu gün isə oyunçular bu dəyərləri tədricən itirirlər. Mən özümü və Ser Aleks Ferqyusonu buna görə təqsirləndirirəm, çünki biz futboldan çox erkən ayrıldıq. İndiki futbolçular üçün isə bu, çətindir, çünki onların nümunə götürəcəkləri bir sima yoxdur”, deyə Patris Evra vurğulayıb.

Əlavə edək ki, niderlandlı mütəxəssis Erik ten Haqın çalışdırdığı “Mançester Yunayted” öz futbol tarixinin ən keşməkeşli dövrünü yaşayır. “Qırmızı şeytanlar” İngiltərə nəhəngi adını yalnız şərti olaraq, kağız üzərində daşıyırlar.

İngiltərə Premyer Liqasının 8 turundan sonra 11 xal toplamış “Mançester Yunayted” yarış cədvəlnin 12-ci pilləsində qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: