“Lill”in baş məşqçisi Paulo Fonseka “Braqa”nın müdafiəçisi Vitor Tormenin Rusiya “Krasnodar”ına keçidi ilə bağlı fikirlərini bölüşüb.
Arena.az “O Jogo” dərgisinə istinadən portuqal mütəxəssisin bu barədə fikirlərini diqqətinizə çatdırır:
“Düşünürəm ki, futbolu Ukraynadakı hadisələrindən ayırmaq olmaz. Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq edirsə, əksər şirkətlər qaydalara əməl edirlərsə, futbol əksini edə bilməz. Birinin heç bir şey olmamış kimi, necə münasibət saxlamasını anlamaqda çətinlik çəkirəm.
Xüsusən də Portuqaliya klublarının problemə biganə münasibətini görmək mənim üçün çətin idi. “Braqa”nı çox bəyənirəm, amma bu razılaşmadan məyus oldum. Bu, mənim klubla münasibətlərimi dəyişmir, amma həyatda puldan daha vacib şeylər var”, deyə Paulo Fonseka mənəvi dəyərlərin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Viktor Tormen “Krasnodar”a yay transfer pəncərəsinin sonunda qoşulub.
Paulu Fonsekanın daha əvvəl də Rusiyanın təcavüzkar mövqeyinə sərt münasibətini açıq-aşkar ifadə etiyini vurğulayaq.


