“Milan”ın baş məşqçisi Paulo Fonseka İtaliya A Seriyasının “Atalanta” ilə 15-ci tur səfər oyununda məğlubiyyətə (1:2) aydınlıq gətirib.
Arena.az “Football Italia” nəşrinə istinadən məlumat verir ki, portuqal mütəxəssis bu oyunda hakimliyin səviyyətini tənqid atəşinə tutub:
“Başqaları bu haqda danışarkən mən həmişə hakimliyə susuram. Amma bu gün susmaqdan usanıb yoruldum. Qapımıza birinci qol açıq-aşkar qayda pozuntusu ilə vuruldu, buna şübhə yoxdur. Bu oyunda hakimlik “Milan”a qarşı yönəlmişdi.
Bu, bu gün başlamayıb. Başa düşürəm ki, hakimlik asan iş deyil, amma eyni klublarla bağlı eyni qərarların verilməsini görməkdən də bezmişəm. Onların digər klublarla bağlı heç bir şübhəsi yoxdur, amma “Milan” haqqında həmişə etdikləri isə budur. “Milan”a hörmət-izzət yoxdur.
Mən həqiqəti dilə gətirməkdən qorxmuram. Mən həmişə hakimlərin işinə hörmətlə yanaşmışam, amma hər həftə eynisi yaşanır. “Milan”a hörmət etmirlər. Biz, icazə verilməməli olan qola görə uduzmağa başladıq. Hakimlər haqqında danışmaq məcburiyyətində qalmağım məni əsəbləşdirir, amma hiddətlənirəm. Bu, hər həftə baş verir”, deyə Paulo Fonseka vurğulayıb.
14 turdan sonra 22 xal toplamış “Milan” İtaliya A Seriyasının yarış cədvəlində 7-ci pillədə qərarlaşıb. “Atalanta” isə 15 oyundan 34 xalla müvəqqəti lider qismindədir, belə ki, 14 oyundan 32 xalla “Napoli” 2-ci pillədən mümkün liderliyə iddialıdır.


