Paulo Rojerio “Kəpəz”də – Rəsmi

Transfer çalışmalarını davam etdirən “Kəpəz” tam adı Paulo Rojerio Veyqa dos Santos olan qapıçı ilə müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı “çərçivə” qoruyucusu ilə 1 illik müqavilə imzalanıb.

Rojerio “Braqa” akademiyasının yetirməsidir. O, ölkəsinin aşağı yaş qrupları üzrə yığma komandalarının üzvü olub.

Portuqaliyalı qapıçının son klubu vətənində aşağı liqa təmsilçisi “Lenk Vilaverdense” olub. O, “Trofense” və “Feyrense” kimi klubların da şərəfini qoruyub.

Xatırladaq ki, “Kəpəz” daha öncə Elmir Tağıyev (“Səbail”) və Nicat Süleymanovu (“Araz-Naxçıvan”) da heyətinə qatmışdı. Yeqor Xvalko ilə də yeni müqavilə imzalanmışdı. Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov və Latir Falla da yollarını ayırmışdı.