Pedri 2026-cı ilə qədər “Barselona”da!

İspaniyanın “Barselona” klubu yarımmüdafiəçisi Pedri ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

19 yaşlı futbolçu ilə yeni sözləşmə 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub. “Barselona” futbolçuya yeni qiymət də qoyub. İspaniya yığmasının da üzvü olan yarımmüdafiəçinin sərbəstqalma məbləği 1 milyard avrodur.

“Las Palmas”ın yetirməsi olan Pedri 2020-ci ilin avqustundan “Barselona”nın formasını geyinir. O, bu mövsüm Kataloniya təmsilçisinin heyətində 4 oyuna çıxıb.