Pedro Nuno da “Səbail”lə müqavilə bağladı – Rəsmi

Son olaraq Türkiyənin “Adanaspor” klubunda forma geyinmiş portuqaliyalı yarımmüdafiəçi Pedro Nuno “Səbail”ə transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

“Benfika”nın yetirməsi olan pleymeyker vətənində “Akademika”, “Koimbra”, “Tondela”, “Moreyrense”, “Belenenseş” kimi klublarda da oynayıb. Son mövsümü “Adanaspor”da keçirən oyunçu “Səbail”ə azad agent kimi qoşulub. O, geridə qalan mövsümdə Türkiyə klubunda meydana çıxdığı 18 oyunda 1 qol və 1 assistlə yadda qalıb.

“Səbail” daha öncə Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Bahadur Həziyev, Amil Yunanov, Nir Bardea, Yadin Luqasi və Pananı da heyətinə qatmışdı. Vüqar Həsənovla da yeni müqavilə imzalanıb. Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Murabdulla Abbasov, Nihad Qurbanlı, Turan Manafov, Maksim Çex və Emil Balayev isə komandanı tərk ediblər.

Xəbəri istədiklərinizlə paylaşın