Futbol üzrə İspaniya yığmasının və “Barselona”nın sabiq hücumçusu Pedro Rodriqes İtaliyada klubunu dəyişib. Arena.az xəbər verir ki, 34 yaşlı yaşlı yarımmüdafiəçi bundan sonra “Latsio”nun uğurları üçün çalışacaq.
Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Pedro ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Pedro Rodriqes ötən mövsümün əvvəlindən “Roma”da çıxış edirdi. İspan forvard bu komandanın heyətində meydana çıxdığı 40 oyunda 6 qolla yadda qalıb.
2008-2015-ci illər aralığında “Barselona”da çıxış edən Pedro, “Roma”dan əvvəl “Çelsi”də (2015-2020) də forma geyinib. O, İspaniya yığmasında meydana çıxdığı 65 matçda 17 qola imza atıb.