Pelli Raddok bunu bacaran ilk futbolçu kimi tarixə düşdü

“Luton Taun”un yarımmüdafiəçisi Pelli Raddok karyerasında inanılmaz nailiyyəti ilə futbol ictimaiyyətinin diqqətini çəkib.

Arena.az xəbər verir ki, Raddok İngiltərənin beşinci divizionundan Premyer Liqaya qədər uzun yolu bir komanda ilə keçən ilk futbolçu kimi tarixə düşüb.

Raddok “Luton Taun”un heyətində 2013/2014 mövsümündən çıxış edir. 29 yaşlı konqolu yarımmüdafiəçinin Premyer Liqaya yürüş yolunu diqqətinizə çatdırırıq:

2014-cü il: Liqa 2-yə çıxış;
2018-ci il: Liqa 1-ə çıxış;
2019-cu il: Çempionşipə çıxış;
2023-cü il: Premyer Liqaya çıxış.

Cari mövsümdə Pelli Raddok “Luton Taun”un heyətində 37 oyuna çıxıb, 3 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Futbolçunun klubla müqaviləsi bu ilin iyun ayının sonuna qədərdir. Buna rəğmən, müqavilədə razılaşmanı daha bir il uzatmağı nəzərədə tutan bənd var.

“Transfermarkt” interner-portalı Raddokun transfer qiymətini 0,9 milyon avro məbləğində dəyərləndirir.

Xatırladaq ki, “Luton Taun” tarixində ilk dəfə Premyer Liqada iştirak edəcək.