İspaniyanın “Atletik” klubunun dayaq yarımmüdafiəçisi Peru Nolaskoayn La Liqa təmsilçisindən ayrılaraq “Eybar”a keçib.
Arena.az bu barədə “Eybar”ın mətbuat xidmətinə istinadən məlumat verir.
İspan futbolçu yeni klubuna azad agent qismində qoşulub. “Eybar” Nolaskoaynla müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə bağlayıb.
Peru Nolaskoayn futbola “Antiquoko” klubunda qədəm qoyub və ardınca Bilbao “Atletik”inin futbol akademiyasına yol tapıb. Nolaskoayn böyük futbolda elə, “Atletik”in heyətində debüt edib. “Dayaqçı” karyerası ərzində “Deportivo La-Korunya” və “Amorebyeta”da çıxış edib.
Cari mövsümün ilk yarısında Nolaskoayn “Atletik”in heyətində 5 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Nolaskoayn futbolda heç bir qənimət qazanmayıb. O, İspaniyanın U-19 yığmasına cəlb edilib, cəmi 1 oyun keçirib, 59 dəqiqə meydanda olub və heç bir məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 25 yaşlı ispan futbolçunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.