Peşəkar Futbol Liqası (PFL) Birinci Divizionun 18-ci turunun iki oyunu ilə bağlı dəyişiklik edib. Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, sabah keçirilməli olan “Qəbələ-2” – “Səbail-2” görüşü öncədən planlaşdırıldığı kimi 14:00-da yox, 13:00-da başlayacaq.
Bundan bir gün sonra baş tutacaq “Zaqatala” – MOİK matçının da bir saat tez başlamasına qərar verilib. Bu oyunun da daha öncə 14:00-da start götürəcəyi açıqlanmışdı. Yeni qərara görə isə, martın 16-da təşkil olunacaq bu görüş 13:00-da başlayacaq.
Hər iki oyunun vaxtı hava şəraitinə görə dəyişdirilib. Belə ki, bölgələrə yağan güclü qar oyunların təşkilində də problemlər yaradıb.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən “Qəbələ” – “Zirə” oyunu ötən gün qara görə təxirə salınmışdı. Həmin görüş bu gün qaldığı yerdən davam etdirilib və qolsuz başa çatıb.


