Peti Mbappe ilə bağlı vəziyyət haqda: “Xirtdəyə yığılmışıq”

Fransalı sabiq futbolçu Emmanuel Peti Kilian Mbappenin PSJ-ni tərk edəcəyii ilə bağlı yayılan xəbərlərə münasibətini bildirib.

Arena.az AS dərgisinə istinadən, Petinin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Nə olacağı barədə heç bir fikrim yoxdur və açığını desəm, biz – Mbappenin mövsümün sonunda nə qərar verəcəyi barədə heç bir fikri olmayan 67 milyon fransalıyıq. Fransada hamımız xirtdəyə yığılmışıq. Hər altı aydan bir masada həmişə eyni hekayə peyda olur. O, gedəcək? O, qalacaq? Bu səhər yaxşı qəlyanaltı etdi? Ayaqyoluna yaxşı getdimi? Biz Fransada da bundan təngə gəlmişik. Başa düşürəm ki, futbolçular da bu vəziyyətdən bezirlər, çünki bütün diqqətlər həmişə Mbappenin üzərində cəmlənib. Biz PSJ-dən danışmırıq, həmişə Mbappedən danışırıq. Beləliklə, bəzi oyunçular üçün bu vəziyyətin öhdəsindən gəlmək fəsad ola bilər”, deyə Peti bildirib.

Xatırladaq ki, daha əvvəl Mbappenin yay transfer pəncərəsində “Real”a keçməyə razılıq verdiyi bildirilirdi.