“Çelsi”nin və Çexiya yığmasının sabiq qapıçısı Petr Çex Britaniya Elit Hokkey Liqasında (EIHL) debüt edib və bu tarixi uğurunu şərh edib.
Arena.az məlumat verir ki, 41 yaşlı idmançı həm futbol, həm də hokkey üzrə İngiltərə yüksək divizionunda çıxış etmiş ilk idmançı olub.
Çex üçüncü hissədə əsas qapıçını əvəz edərək “Belfast Cayants”ın heyətində meydana çıxıb. Çexin komandası “Qlazqo Klen”ı 5:1 hesabı ilə məğlub edib. Məşhur qapıçı bir zərbəni dəf edib.
Çex müstəsna nailiyyətini belə şərh edib:
“Bu, fəxr edəcəyim və qiymətləndirəcəyim bir andır! Amma qalib gəldiyimiz üçün daha çox sevindim. Əsas olanı, bu idi.
Azarkeşlərimizin yanına qayıtdıq və ötən həftənin mənzərəsində vəziyyət bizi qələbəyə məcbur edirdi. Komanda qələbə qazanmaq üçün yaxşı çalışdı”, – klubun mətbuat xidməti Çexdən sitat gətirir.
“Belfast Cayants” Petr Çexin hokkey karyerasında 4-cü klubdur. Buna qədər Çex “Gilford Feniks”, “Çelmsford Çifteyns” və “Oksford Siti Stars” klublarında oynayıb.
Xatırladaq ki, Petr Çex İngiltərə Premyer Liqasında (EPL) “quru” oyunların sayına görə rekordçudur. 202 “quru” oyunun 163-də Çex “zadəganlar”ın şərəfini qoruyub, qalan oyunlarda isə “Arsenal”ın heyətində “topçular”a qulluq edib. Çex futbolçu karyerasına 2019-cu ildə xitam verib.