PFL 2024/2025 mövsümünün transfer dönəmlərinin vaxtını açıqladı

Peşəkar Futbol Liqası (PFL) 2024/2025 mövsümü üçün Azərbaycan futbolunda transfer dövrlərinin vaxtını açıqlayıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, yay “transfer pəncərəsi” iyunun 25-də açılacaq və sentyabrın 16-dək (16 sentyabr saat 23:59-dək) davam edəcək.

PFL qarşıdakı mövsümün qış transfer pəncərəsini də müəyyənləşdirib. Qışda bu müddət 14 yanvar – 10 fevral aralığını (10 fevral saat 23:59-dək) əhatə edəcək.