PFL “İmişli”nin öz stadionunda oynamasına icazə verdi

Peşəkar Futbol Liqası (PFL) tərəfindən xeyli müddətdir təmir və yenidənqurma işləri aparılan İmişli şəhər stadionuna baxış keçirilib. Arena.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Aparılan təmir və yenidənqurma işlərindən sonra İmişli şəhər stadionu Birinci Divizion oyunlarını qəbul etmək üçün məqbul hesab olunub.

Qurumdan verilən məlumata görə, “İmişli” sözügedən stadionda cari mövsümdəki ilk ev oyununu “Qarabağ”ın əvəzedici komandasına qarşı keçirəcək. Aprelin 12-də keçiriləcək bu görüşə saat 16:00-da start veriləcək.

Xatırladaq ki, “İmişli” bu mövsüm Birinci Divizion çərçivəsindəki ev oyunlarını Saatlıdakı Olimpiya İdman Kompleksinin stadionunda keçirirdi. Sözügedən kollektiv cari mövsümdə keçirdiyi 22 oyunda cəmi 19 xal qazanıb və 15 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: