Peşəkar Futbol Liqası (PFL) Əvəzedicilər Liqasının 24-cü turunun bu gün keçirilməli olan “Qarabağ-2” – “Sabah-2” matçını təxirə salıb.
Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Əvəzedicilər Liqasında 24-cü turun bu gün saat 15:00-da keçirilməsi nəzərdə tutulan “Qarabağ-2” – “Sabah-2” qarşılaşması stadionun günün birinci yarısında təmizlənməsinə baxmayaraq, normadan artıq yağan qar səbəbindən hakimlər briqadasının yekun rəyinə əsasən PFL tərəfindən hər iki komanda məlumatlandırılmaqla təxirə salınıb. Yeni qərara əsasən, bu oyun fevralın 25-də keçiriləcək. Qarşılaşmaya saat 15:00-da start veriləcək.