Pike PSJ ilə oyundan öncə sıraya döndü

İspaniyanın “Barselona” klubunun müdafiəçisi Jerar Pike zədəsini sağaldıb.

Arena.az xəbər verir ki, 34 yaşlı ispan futbolçu artıq komanda ilə məşqlərə başlayıb.

Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçunun Fransa çempionu PSJ-yə qarşı keçiriləcək UEFA Çempionlar Liqası matçında meydana çıxması gözlənilir.

Əvəzində Serxi Roberto, Ansu Fati, Koutinyo, Martin Breytveyt və Ronald Arauxonun PSJ ilə oyunu buraxması gözlənilir.

Qeyd edək ki, PSJ də “Barselona” ilə oyuna ciddi itkilərlə çıxacaq. Paris təmsilçisinin heyətində Neymar və Anxel Di Maria zədə səbəbindən bu vacib görüşdə forma geyinə bilməyəcək. Xuan Bernat, Timoti Pembele və Kolin Daqba da ÇL matçını buraxmalı olacaq.

“Barselona” – PSJ matçına fevralın 16-dan 17-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.