“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya A seriyasının 19-cu turunda “rossoneri”nin “Empoli” üzərində qələbəsini (3:0) şərh edib.
Arena.az “Milan News” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Biz birinci hissəni çox yaxşı keçirdik. Biz bunu mümkün olduğundan daha asanlıqla edə bildik. Gəlin, çox uzağa baxmayaq, sadəcə növbəti oyunu düşünək. Onda görəcəyik ki, biz bu çətin anı keçə bilmişikmi?
Biz əla iş görürük. Oyunçular həmişə mənə tam hazırlıqlarını göstəriblər və bu, mənə yeni həlləri sınamağa imkan verir. Rəqibimizdən üstün olmaq üçün oyunlara hazırlaşırıq. Onların hazırlığı ilə fəxr edirəm”, deyə Pioli bildirib.
“Milan” A Seriyasının 19 oyundan 39 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Empoli” isə 13 xalla 19-cu pillədədir. A Seriyasına 48 xalla “İnter” başçılıq edir.