Pioli: “Geriyə baxmağın faydası yoxdur”

“Milan”ın baş məşqçisi Stefano Pioli A Seriyasının 24-cü turunda evdə cari çempion “Napoli” üzəridə qələbəsinə (1:0) aydınlıq gətirib.

Arena.az “Milan News” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Son ay yarımda yaxşı işləyirik. Demək olar ki, “İnter”lə eyni nəbzdə hərəkət edirik. “İnter” inanılmaz çempionat oynayır. Biz də hər oyunda qalib gəlməyə çalışırıq, görək nə edə bilərik.
Geriyə baxmağın faydası yoxdur, indi qarşıda Avropa Liqası var. Daha çox öhdəliklər olacaq və daha çox güc olacaq: biz Avropada və liqada yaxşı çıxış etməliyik”, deyə Pioli bildirib.

Hazırda “Milan” 24 oyundan 52 xalla A Seriyasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Napoli” isə 23 oyundan 35 xalla 9-cu pillədə yer alıb. A Seriyasına 23 oyundan 60 xal toplmış “İnter” başçılıq edir.