“Milan”ın baş məşqçisi Stefano Pioli A Seriyasının 25-ci turunda “Montsa”ya səfər məğlubiyyətini (2:4) şərh edib.
Arena.az DAZN portalına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Səhvlərimizlə oyunu məhv etdik. Oyunu buraxılmış dörd bitirəndə otuz dəqiqəlik yaxşı başlanğıcdan danışmaq düzgün deyil, amma bu, tam olaraq belə idi. Təbii ki, meydandan qovulma vəziyyəti çətinləşdirdi, amma hesab 2:2 ikən, sonra biz daha sakit davranmalı, daha inamlı müdafiə olunmalı idik. Amma həmin an komanda özünü inamlı hiss etdi və qələbə üçün irəli getmək istədi”, deyə Pioli “rossoneri”nin məğlubiyyətində açar məqamı vurğulayıb.
25 turdan sonra “Milan” 52 xalla 3-cü pillədə qərarlaşıb. “Montsa” isə 33 xalla 11-ci pillədədir. A Seriyasına 63 xalla “İnter” başçılıq edir.