Pirs Morqan: “Mançester Yunayted” nəcisdir!”

Məşhur britaniyalı jurnalist Pirs Morqan “Mançester Yunayted”in sıralarında baş verən növbəti qalmaqala münasibət bildirib.

Arena.az xəbər verir ki, o, bunları dilə gətirib:

“Düşünürəm ki, “Mançester Yunayted” – nəcisdir. Mən təəssüf edirəm ki, həssas dinləyiciləri incidə biləcək belə bir ifadə işlətmək məcburiyyətindəyəm.

Düzünü desəm, düşünürəm ki, “Arsenal”a qarşı biz “Mançester Yunayted”in ən zəif variantlarından birini gördük. Onların heç biri Ser Aleks Ferqyusonun komandasına düşə bilməzdi.

“Mançester Yunayted”də məhz məğz etibarı ilə nəsə qaydasında deyil. Ten Haq, fikrincə yola verildiyini təxəyyül etdiyi oyuçuları hamıya eşitdirməklə tənqid edir.

Demək olar ki, Kristiano Ronaldonun “Yunayted” haqqında dediyi hər şey, infrastruktur, məşqçi… İndi biz onun nə demək istədiyini görürük”, deyə Morqan xatırlatma edib.

Vurğulayaq ki, Pirs Morqan “Arsenal”ın köhnə və sadiq azarkeşidir. Hazırda ABŞ-da çalışan jurnalist uzun illər “Britain’s Got Talent” və “America’s Got Talent” televiziya layihələrində münsif olub. 2014-2021-ci illərdə Süzanna Ridlə birlikdə “Good Morning Britain” verilişinin əsas aparıcısı olub. Morqan Böyük Britaniyada “The Sun”, “News of the World” və “The Daily Mirror” nəşrlərində jurnalist və redaktor kimi çalışıb. O, səkkiz kitab, o cümlədən üç cildlik memuarın müəllifidir.

Morqan “Mançester Yunayted”də baş verənləri tənqid edib “qırmızı şeytanlar”dan ayrılmış Kristiano Ronaldo ilə keçən il qalmaqala səbəb olmuş müsahibə aparmışdı.