Poçettino kubokda “Aston Villa” üzərində qələbəni şərh etdi

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Kubokunun 1/16 finalında “Aston Villa” üzərində qələbəsini (3:1) şərh edib.

Arena.az məlumat verir ki, argentinalı mütəxəssis bu barədə İngiltərənin ITV telekanalının efirində danışıb:

“Bu, mövsümün ən yaxşı, bəlkə də ən yaxşı oyunlarından biri idi. Mən oyundan və futbolçuların futboldan həzz almasından çox razıyam. Bu, məni ən çox sevindirdi.

Biz gənc komandayıq və belə şəraitdə sabit olmaq və tarazlıq tapmaq ən çətinidir”, deyə Poçettino bildirib.

“Çelsi” İngiltərə Kubokunun 1/8 final mərhələsində “Lids”lə qarşılaşacaq. Oyun fevralın 28-də “Stamford Bric” stadionunda Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, yarışın 1/32 final mərhələsində Poçettinonun “zadəganlar”ı Çempionşip təmsilçisi “Preston Nort End” üzərində 4:0 hesablı qələbə qazanmışdılar.