Polşa – Slovakiya matçının ən yaxşı futbolçusu

AÇ-2020-nin D qrupu çərçivəsində keçirilən Polşa – Slovakiya matçının ən yaxşı futbolçusu müəyyənləşib. Arena.az xəbər verir ki, Slovakiya yığmasının müdafiəçisi Milan Şkrinyar bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 26 yaşlı mərkəz müdafiəçisi bu matçın 69-cu dəqiqəsində komandasının qələbə qoluna imza atıb.

Qeyd edək ki, Milan Şkrinyar 2017-ci ildən İtaliyanın “İnter” klubunun formasını geyinir.