Franslı mərkəz müdafiəçisi Pol Poqba onu oğurlamağa cəhd etmiş qardaşı Matias Poqbanın məhkumluğunu şərh edib.
Arena.az xatırladır ki, Matias Polun oğurlanması və ondan 13 milyon avro məbləğində pul tələb edilməsi ilə bağlı işdə qismən təqsirli bilinərək, 2 ili şərti olmaqla, 3 il müddətinə həbs cəzasına məhkum edilib.
“Ailə üzvlərimin və uşaqlıqdan tanıdığım insanların iştirak etdiyi bir işdə qalib yoxdur. Bu son dərəcə çətin zamanda nəhayət səhifəni çevirə bilirəm. İndi bütün diqqətini gələcəyə yönəltmək imkanım var”, – “RMC Sport” dərgisi Pol Poqbadan sitat gətirir.
Pol Poqbaya qarşı 13 milyon avro məbləğində şantajın əsas təşkilatçısı ən ağır cəzanı alıb: nəzarət altında davamlı olaraq 8 il həbs. Məhkəmə, həmçinin 197 min avro məbləğində iqtisadi ziyanı və 50 min avro məbləğində mənəvi ziyanı tanıyaraq, bütün müttəhimləri (həbs günü orada olmayan Matias Poqba istisna olmaqla) müvafiq məbləği zərərçəkmiş Pol Poqbaya ödəməyə mükəlləf edib.