“Portu” 0:3-dən geri-dönüş etdi, super kuboku qazandı

Lissabon “Sportinq”i ilə “Portu” arasında keçirilmiş Portuqaliya Super Kuboku uğrunda oyun möhtəşəm anlarla əlamətdar olub.

Arena.az məlumat verir ki, “əjdahalar” Aveyrunun “Munisipal de Aveyru” stadionunda keçirilmiş oyunda 0:3 hesabı ilə geridə olmalarına rəğmən, əlavə vaxtda 4:3 hesablı qələbə qazana biliblər.

Maraqlıdır ki, oyunda bütün qollar oyundan vurulub, yə’ni birbaşa standart vəziyyətlər – künc zərbələri, cərimə zərbələri və penaltilərdən deyil.

Xatırladaq ki, “Sportinq” bu oyuna Portuqaliya çempionu, “Portu” isə Portuqaliya Kubokunun qalibi olaraq qatılmışdı.

Qalibiyyət sayəsində özünə məxsus olana rekordu yeniləyib. İndi “əjdahalar”ın qənimətlər muzeyində 24 Portuqaliya Super Kuboku var. “Sportinq” və “Benfika” isə hərəyə 9 qalibiyyətə seviniblər.

Oxucularımızı möhtəşəm oyunun qollarından ibarət videoicmalla baş-başa buraxırıq: