“Portu” və “Real”ın əfsanələri Madriddə qarşılaşdılar – Video

İspaniyanın paytaxtı Madriddə, “Santyaqo Bernabeu” stadionunda “Real” və “Portu”nun əfsanələri arasında xeyriyyə oyunu keçirilib.

Arena.az məlumat verir ki, oyun “əjdahalar”ın “kral klubu” üzərində 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun yeganə qolunu 8-ci dəqiqədə 2005-2008-ci illərdə “Portu”da çıxış etmiş slovak Marek Çex vurub.

Oyunda komandaların keçmiş ulduzları iştirak ediblər: qapıçı İker Kasilyas, Zinəddin Zidan, Roberto Karlos, Luiş Fiqu, Raul, Klarens Zeedorf, Stiv Makmanaman, Fernando Moryentes (hamısı “Real”) və qapıçı Vitor Baya, Joau Pintu, Derley və Bruno Alveş (hamısı “Portu) kimi adlar meydanda olublar.

Oyun yan amiotrofik sklerozla mübarizə və “Real”ın xeyriyyə fondunun digər layihələrinə həsr edilb. Əldə edilmiş gəlir fonda köçürülüb.