“Portu”nun əfsanəvi prezidenti vəfat etdi

“Portu”nun əfsanəvi prezidenti, 1982-2024-cü illərdə “əjdahalar”a rəhbərlik etmiş Xorxe Nunu Pintu da Koşta vəfat edib.

Arena.az bu barədə Portuqaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Əbədi ilham mənbəyi. Ölməz irs. Görüşənədək, prezidentlər prezidenti”, – klubun nekroloqunda deyilir.

Xorxe Nunu Pintu da Koşta fevralın 15-də 87 yaşında dünyasını dəyişib.

“Portu” ilə 69 qənimət qazanmış Pintu da Koşta bu göstəricidə və həmçinin klubun prezidenti olaraq rəhbərliyi müddətinə görə dünya futbolunun mütləq rekordçusudur.

Xatırladaq ki, sabiq prezidentin Portuqaliya futbolunda Apito Dourado korrupsiya qalmaqalında adı hallanmış, 2008-ci ilin may ayında aldığı iki illik diskvalifikasiya və 10 min avro məbləğində cərimdən sonra isə 2009-cu ilin aprel ayında bəraət qazanmışdı.

Xəbəri istədiklərinizlə paylaşın