Qadın futbolçular arasında Avropa çempionatının birinci pley-off mərhələsinin Portuqaliya – Azərbaycan oyununa təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi cavab oyununu Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Oktyabrın 29-da Portuqaliyada baş tutacaq görüşü Şona Şukrula idarə edəcək. Ona yan xətt hakimləri Martina Boer və Eşli de Haan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Culiya Van Es yerinə yetirəcək.
Xatırladaq ki, bu komandalar arasında oktyabrın 25-də Bakıda keçirilmiş ilk oyunda portuqallar 4:1 hesablı qələbəyə sevinmişdilər.
Avropa çempionatının seçmə mərhələsi
Birinci pley-off raundunun cavab oyunu
29 oktyabr
Portuqaliya – Azərbaycan
Baş hakim: Şona Şukrula
Baş hakimin köməkçiləri: Martina Boer, Eşli de Haan
Dördüncü hakim: Culiya Van Es
VAR hakimləri: Yoxem Kamphuis, Edvin Van De Qraaf (Hakimlər briqadası Niderlanddandır)
Hakim-inspektor: Marta Frias Asedo (İspaniya).
UEFA nümayəndəsi: Sabine Bonnin (Fransa).
“Vizela” stadionu. Saat 23:45.



