DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Portuqaliya – Azərbaycan matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Arena.az xəbər verir ki, millimizin 0:1 hesabıyla uduzduğu görüşün ən yaxşısı Şahruddin Məhəmmədəliyev seçilib.
“Whoscored” nəşri 27 yaşlı qolkiperi qurtarışlarına görə bu ada layiq görüb. Belə ki, Portuqaliya yığmasının 29 zərbəsindən 15-i çərçivəyə düşüb, 8-i qeyi-dəqiq alınıb. Zərbələrin 6-sı isə futbolçular tərəfindən bloklanıb.
“Qarabağ”ın formasını geyinən Şahruddin Məhəmmədəliyev 8.1 xalla görüşün ən yaxşı oyunçusu adını qazanıb.
Qeyd edək ki, Portuqaliya – Azərbaycan matçının taleyini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqol həll edib.


