Portuqaliya millisinin üzvü “İnter”dən birdəfəlik ayrıldı

Portuqaliyanın “Sportinq” klubu İtaliya çempionu “İnter”dən icarəyə götürdüyü Joao Marionun transfer hüquqlarını da alıb.

Arena.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mario ilə razılaşmanın detalları açıqlanmayıb. Portuqaliya mətbuatının yazdığına görə, “Sportinq” 29 yaşlı yarımmüdafiəçi üçün “neradzurra”ya 8 milyon avro ödəyəcək.

“Sportinq” Marionu 2020-ci ilin oktyabrında icarəyə götürmüşdü. Portuqaliya milli komandasının da üzvü olan futbolçu, 2016-cı ildən “İnter”də çıxış edirdi. O, “Vitoriya Setubal”,, “Vest Hem” və “Lokomotiv” (Moskva) klublarının da formasını geyinib.