“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Avropa Liqasının “Mançester Yunayted”lə final oyunundan gözləntisini açıqlayıb.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, 59 yaşlı yunanəsilli avstraliyalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bu, final oyunudur və ona görə də bizim, “Mançester Yunayted” üzərindəki əvvəlki qələbələrimiz əhəmiyyət kəsb etmir. Mənim tapşırığım ondan ibarətdir ki, futbolçularımı hazırlayım. Elə edim ki, onlar öz imkanlarının ən mütləq səviyyəsində oynasınlar.
Bu, həqiqətən inanılmaz bir yol idi. Mən Yunanıstanda doğulmuşam, mənim atam öz köklərimi xatırlamağım üçün hər şey edib. O, futbola məhəbbəti mənim böyüdüyüm Astraliyaya gətirib”, deyə “Ange” Postekoqlu mübariz ruhda vurğulayıb.
Avropa Liqasının “Tottenhem” – “Mançester Yunayted” final oyunu bu gün, mayın 21-də Bilbaonun “San-Mames” stadionunda baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.