“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu qarşıdakı qış transfer pəncərəsində “mahmızlar”ın öz heyətini gücləndirəcəyini bildirib.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, yunanəsilli avstraliyalı mütəxəssisin bu barədə açıqlamasını təqdim edir:
“Biz heyətimizi gücləndirməyi planlaşdırırıq, bəli. Bəzi sahələrdə hələ də oyunçu çatışmazlığının olduğunu və gücləndiricilərə ehtiyacımız olduğunu demək – sadəcə havanı silkələməyə bərabərdir. Biz hələ də bütün yarışlarda iştirak edirik, ona görə də yeni oyunçular almağa çalışacağıq”, deyə Postekoqlu vurğulayıb.
İngiltərə Premyer Liqasında 17 oyundan 23 xal toplamış “Tottenhem” yarış cədvəlinin 11-ci pilləsində qərarlaşıb.