Premyer Liqa: Ən yaxşı gənc oyunçu adına 8 namizəd

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün ən yaxşı gənc oyunçusu adına namizədlərin siyahısı açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Geridə qoymaqda olduğumuz mövsümün ən yaxşı gənc oyunçusu adına 8 namizəd göstərilib. Bunlar Sven Botman (“Nyukasl”), Moyses Kaysedo (“Brayton”), Erlinq Haland (“Mançester Siti”), Aleksander İsak (“Nyukasl”), Aleksis Makallister (“Brayton”), Qabriel Martinelli (“Arsenal”), Martin Edeqor (“Arsenal”) və Bukayo Sakadır (“Arsenal”).

Mövsümün ən yaxşı gənc futbolçusu turnirin rəsmi saytında azarkeşlər arasında aparılan sorğu nəticəsində müəyyənləşəcək. Səsvermə mayın 22-də yekunlaşacaq. Qalibin adı isə mayın 27-də elan ediləcək.

Ən yaxşı seçilməyə namizəd gənc futbolçuların bu mövsüm Premyer Liqa çərçivəsindəki statistikaları isə belədir:

Sven Botman (“Nyukasl”): 33 oyun, 18 qələbə, 11 heç-heçə, 4 məğlubiyyət.

Moyses Kaysedo (“Brayton”): 33 oyun, 17 qələbə, 7 heç-heçə, 9 məğlubiyyət. 1 qol, 1 asist.

Erlinq Haland (“Mançester Siti”): 33 oyun, 25 qələbə, 4 heç-heçə, 4 məğlubiyyət. 36 qol, 7 asist.

Aleksander İsak (“Nyukasl”): 19 oyun, 9 qələbə, 5 heç-heçə, 5 məğlubiyyət. 10 qol, 1 asist.

Aleksis Makallister (“Brayton”): 31 oyun, 15 qələbə, 7 heç-heçə, 9 məğlubiyyət. 10 qol, 1 asist.

Qabriel Martinelli (“Arsenal”): 36 oyun, 25 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət. 15 qol, 5 asist.

Martin Edeqor (“Arsenal”): 35 oyun, 24 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət. 15 qol, 7 asist.

Bukayo Saka (“Arsenal”): 36 oyun, 25 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət. 13 qol, 11 asist.

Xatırladaq ki, İngiltərə Premyer Liqasında mövsümün sona çatmasına 3 tur qalıb. Bir neçə komandanın isə təxirə salınmış oyunu var. Bunlardan biri də lider “Mançester Siti”dir. Buna baxmayaraq, Qvardiolanın komandası 85 xalla liderdir. “Arsenal” 81 xalla ikinci sıradadırsa, “Nyukasl” 66 xalla üçüncü pillədə qərarlaşıb.