Premyer Liqa: 10-cu turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun bütün təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, tura sabah keçiriləcək “Şamaxı” – “Qəbələ” oyunu ilə start veriləcək. Bu qarşılaşmanı Rauf Allahverdiyev idarə edəcək.

Şənbə günü keçiriləcək “Turan Tovuz” – “Səbail” matçı Kamal Umudluya, “Sabah” – “Zirə” oyunu isə Elçin Məsiyevə tapşırılıb.

Bazar günü baş tutacaq “Kəpəz” – “Neftçi” matçında Tural Qurbanov, “Qarabağ” – “Sumqayıt” görüşündə isə Əliyar Ağayev söz sahibi olacaq.

Azərbaycan Premyer Liqası
10-cu tur
14 oktyabr

“Şamaxı” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Şamaxı şəhər stadionu, 15:00.

15 oktyabr

“Turan Tovuz” – “Səbail”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Babək Quliyev.
Tovuz şəhər stadionu, 15:00.

“Sabah” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Cavid Cəlilov.
Hakim-inspektor: Munis Abdullayev.
Masazır. “Bank Respublika Arena”, 17:30.

16 oktyabr

“Kəpəz” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Gəncə şəhər stadionu, 15:00.

“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
Bakı. “Azersun Arena”, 17:30.