Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 14-cü turunun oyun cədvəli məlum olub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
14-cü tura noyabrın 22-də Tovuzda start veriləcək. Turun qalan görüşləri ayın 23-də və 24-də keçiriləcək.
Premyer Liqa
14-cü tur
22 noyabr
“Kəpəz” – “Araz-Naxçıvan”
Tovuz şəhər stadionu, 17:00.
23 noyabr
“Səbail” – “Qarabağ”
“Bayıl Arena”, 17:00.
“Neftçi” – “Zirə”
Bakı. “Neftçi Arena”, 19:00.
24 noyabr
“Turan Tovuz” – “Sabah”
Tovuz şəhər stadionu, 17:00.
“Sumqayıt” – “Şamaxı”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.


