Premyer Liqa: 15-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 15-ci turunun oyunlarına təyinatlar açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

İlk oyun günündə baş tutacaq “Araz-Naxçıvan” – “Səbail” matçı Rəvan Həmzəzadəyə tapşırılıb. “Turan Tovuz”la “Sumqayıt”ın qarşılaşmasını Elçin Məsiyev idarə edəcək.

“Kəpəz” – “Sabah” matçı FİFA referisi Rauf Cabbarova həvalə olunub. “Neftçi” – “Zirə” matçında isə İnqilab Məmmədov söz sahibi olacaq.

Turun son oyun günündə isə bir qarşılaşma baş tutacaq. “Qarabağ”la “Qəbələ” arasındakı matçı Tural Qurbanov idarə edəcək.

Premyer Liqa
15-ci tur
2 dekabr

“Araz-Naxçıvan” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. “Dalğa Arena”, 16:00.

“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Tovuz şəhər stadionu, 18:30.

3 dekabr

“Kəpəz” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tovuz şəhər stadionu, 15:00.

“Neftçi” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Cavid Cəlilov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Neftçi Arena”, 17:00.

4 dekabr

“Qarabağ” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.