Premyer Liqa: 19-cu turun hakim təyinatları bilindi

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 19-cu turun hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

İlk oyun günündə baş tutacaq “Kəpəz” – “Qəbələ” matçında Elçin Məsiyev söz sahibi olacaq.

“Turan Tovuz”un “Qarabağ”la ev oyununu Fərid Hacıyev, “Zirə” – “Sumqayıt” qarşılaşmasını isə Kamranbəy Rəhimov idarə edəcək.

Sonuncu oyun gününə təsadüf edəcək “Şamaxı” – “Səbail” qarşılaşması Cavid Cəlilova tapşırılıb.

Turun qapanış və mərkəzi oyununda isə “Sabah”la “Neftçi” komandaları üz-üzə gələcək. Bu oyun da FİFA referisi Əliyar Ağayevə həvalə olunub.

Xatırladaq ki, bu, Azərbaycan Premyer Liqasında 2023-cü ilə təsadüf edəcək ilk turdur. Geridə qalan 18 turdan sonra “Qarabağ” 50 xalla vahid liderdir. “Sabah” 43 xalla ikinci, “Neftçi” isə 38 xalla üçüncüdür.

Azərbaycan Premyer Liqası
19-cu tur
24 yanvar

“Kəpəz” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Şirmamed Mamedov, Rövşən Rəcəbov.
Hakim inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Gəncə şəhər stadionu, 14:00.

25 yanvar

“Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Namiq Bəkirov.
Hakim inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.

“Zirə” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Cavanşir Yusifov, Teymur Teymurov, Emin Əliyev.
Hakim inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Zirə İdman Kompleksinin stadionu, 16:30.

26 yanvar

“Şamaxı” – “Səbail”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, İslam Məmmədov.
Hakim inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu, 14:00.

“Sabah” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rauf Allahverdiyev.
Hakim inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Masazır. “Bank Respublika Arena”, 19:00.