Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci turun bütün oyunları üçün təyinatlar açıqlanıb. Arena.az sizi növbəti turun təyinatları ilə tanış edir.
Lider “Qarabağ”ın “Səbail”lə oyunu Rəşad Əhmədova tapşırılıb. “Sumqayıt” – “Sabah” matçını isə Kamal Umudlu idarə edəcək.
“Qəbələ” – “Keşlə” matçında Fərid Hacıyev iş başında olacaq. “Neftçi” – “Zirə” matçı isə İnqilab Məmmədova həvalə olunub.
Azərbaycan Premyer Liqası
21-ci tur
2 aprel
“Qarabağ” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cəmil Quliyev, Elçin Məsiyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Bakı. “Azersun Arena”, 16:00.
“Sumqayıt” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Sumqayıt. “Sumqayıt Arena”, 18:15.
3 aprel
“Qəbələ” – “Keşlə”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.
“Neftçi” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Bakcell Arena”, 17:15.


