Futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun bütün görüşəri eyni gündə – aprelin 24-də keçiriləcək.
Turun açılış matçı Qəbələdə baş tutacaq. Burada lider “Qarabağ” yerli “Qəbələ”nin qonağı olacaq.
Daha sonra “Sabah” “Şamaxı”nı qəbul edəcək. Turun digər oyunları “Sumqayıt”la “Zirə” və “Səbail”lə “Neftçi” arasında keçiriləcək.
Azərbaycan Premyer Liqası
24-cü tur
24 aprel
“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 17:30.
“Sabah” – “Şamaxı”
Masazır. “Bank Respublika Arena”, 18:30.
“Sumqayıt” – “Zirə”
“Sumqayıt Arena”, 20:00.
“Səbail” – “Neftçi”
Bakı. “ASCO Arena”, 20:00.


