Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 24-cü turunun bütün təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
24-cü tura sabah keçiriləcək “Neftçi” – “Sumqayıt” oyunu ilə start veriləcək. Bu görüşü Tural Qurbanov idarə edəcək.
Şənbə gününə təsadüf edəcək “Araz-Naxçıvan” – “Səbail” matçında Fərid Hacıyev, “Qarabağ” – “Sabah” qarşılaşmasında isə Əliyar Ağayev söz sahibi olacaq.
Fevralın 23-də keçiriləcək “Şamaxı” – “Turan Tovuz” oyunu Kamal Umudluya tapşırılıb. “Zirə” – “Kəpəz” matçının baş hakimi isə Rauf Cabbarov təyin edilib.
Premyer Liqa
24-cü tur
21 fevral
“Neftçi” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Neftçi Arena”, 19:00.
22 fevral
“Araz-Naxçıvan” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Dalğa Arena”, 16:00.
“Qarabağ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.
23 fevral
“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.
“Zirə” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Zirə İdman Kompleksinin stadionu, 17:00