Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 3-cü turunun oyun cədvəli bəlli olub.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
3-cü tura avqustun 16-da keçiriləcək “Şamaxı” – “Qarabağ” oyunu ilə start veriləcək. Qalan oyunlar isə şənbə və bazar günlərinə təsadüf edəcək.
Premyer Liqa
3-cü tur
16 avqust
17:20. “Şamaxı” – “Qarabağ”
Şamaxı şəhər stadionu.
17 avqust
18:15. “Kəpəz” – “Turan Tovuz”
Tovuz şəhər stadionu.
20:30. “Sumqayıt” – “Səbail”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
18 avqust
18:15. “Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu.
20:30. “Neftçi” – “Sabah”
Bakı. “Neftçi Arena”.